Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Azərbaycanın “Uçan tankları” Konyada -Reportaj

 Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığında Beynəlxalq Anadolu Feniks Təlimi davam edir. Təlimdə Azərbaycan Hərbi Hava Qüvvələri də 2 "SU-25" döyüş təyyarəsi və 25 şəxsi heyətlə ilə iştirak edir.
Yenixeber.org: Təlimi izləyən CNN TÜRK müxbiri Ahmet Türkeş və operator Güney Çardaközü həmin döyüş təyyarələrini lentə alıblar. Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti, kapitan Murat Əlizadə təfərrüatları açıqlayıb.
"Bu döyüş təyyarəli pis və yaxşı hava şəraitində düşmənin canlı qüvvəsi və zirehli texnikasını məhv etmək üçün nəzərdə tutulub. 7 min metr hündürlüyə qədər qalxa bilir".
M.Əlizadə təyyarənin üzərindəki ulduzların onun nə qədər döyüşdə olmasının göstəricisi olduğunu qeyd edib.
"44 günlük Vətən müharibəsində ordumuza hava dəstəyi vermək üçün Ermənistanın hərbi hava qüvvələrinə qarşı 37 döyüş uçuşu keçirib və qələbə ilə çıxıb. Bu döyüş təyyarəsinə başqa adla "uçan tank" deyilir. Hər qanadında silah asmaq yeri var. 500 kiloya qədər silah, ümumilikdə isə 4 tona qədər yük götürə bilir".
Reportajda qeyd edilib ki, 1980-ci illərdən istifadəyə verilən bu təyyarələrdən Azərbaycan Hərbi Hava Qüvvələrində də tez-tez istifadə olunur. Təyyarələrin digər diqqətçəkən xüsusiyyəti Türkiyənin bir müddət əvvəl Rusiyadan "SU-35" və "SU-50" döyüş təyyarələrini alma ehtimalıdır. Bu imkanlar müzakirə olunduğu vaxtda Azərbaycanın həmin təyyarələrlə təlimə qatılması türk pilotlarının onları daha yaxından izələməsi səbəb olub.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam