Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

ABŞ Çini günahlandırıb -Koronavirus vaksininin hazırlanması üsulunu oğurlamaq cəhdində

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ədliyyə Nazirliyi Çinin iki vətəndaşına qarşı ittiham irəli sürüb. Nazirlikdən bildiriblər ki, Çin vətəndaşları yüzlərlə təşkilatın, o cümlədən, hökumət təşkilatlarının kompüter sistemini sındırmaqda günahlandırılır.

Yenixeber.org: Hakerlərin oğurlamaq istədikləri məlumatlar arasında koronavirusa qarşı vaksinin işlənməsnə dair materiallar da var. Nazirliyin informasiyasına görə, haker hücumunun bəzi epizodlarında şəxsi gəlir məqsədi güdülüb,

Digərləri isə Çin Xalq Respublikası (ÇXR) xüsusi xidmətlərinin və ya hökumətinin tapşırığı əsasında həyata keçirilib.

Qeyd olunur ki, onlar ABŞ-ın təhlükəsizliyini təhdid altına alacaq məlumat terabaytlarını oğurlamağa müvəffəq olublar.

Baş prokurorluq nümayəndəsinin bəynatında deyilir ki, Çin «utanmaz ölkələr klubuna daxil olub» və özünün maraqlarına xidmət etmək qarşılığında, kibercinayətkarlara sığınacaq verir. İddia olunur ki, həmin «klub»da Rusiya, İran və Şimali Koreya da var.

(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam