Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

İrandan növbəti Qarabağ təxribatı:“DQR” müstəqil dövlət kimi rəsmi xəritəyə salınıbmış

 

İranın beynəlxalq yol xəritələrində Dağlıq Qarabağ ərazisi müstəqil dövlət kimi göstərilibmiş.

Yenixeber.org: Bu fakt İranın Yolsalma Təşkilatının yerli mətbuata verdiyi açıqlama ilə ortaya çıxıb.

Arannews-Tashaio.com-un məlumatına görə, təşkilatın Yollar İdarəçiliyi Mərkəzinin müdir müavini Mujqan Cəliliyan Yollar İdarəçiliyi saytının xəritəsində qondarma Qarabağ Respublikası adının dərc olunmasına münasibət bildirərək deyib: “Ölkənin Yollar İdarəçiliyində işlədilən xəritələr üçün xarici online və offline açıq qat xəritələrdən istifadə olunur. Online xəritələrin qarşısını almaq mümkün deyil və hansısa coğrafi ad ya məkanın adının dəyişdirilməsindən hadisənin baş verməsindən sonra xəbər tutmaq olur.

Beynəlxalq layihəçilərinin əli ilə həyata keçən bu hiyləgər dəyişdirilmələrlə mübarizə aparmaq üçün daxili şirkətlərin köməyi ilə yerli offline xəritələr hazırladıq. Əlbəttə, sözsüz ki, onların da baza və əsasları xarici açıq qat xəritələrdir.”

Mujqan Cəliliyan hiyləgərlik edən xəritələrə işarə edərək deyib: “Xəritədə xarici açıq qat layihələrindən istifadə etdiyimiz təməllərdə qondarma Qarabağ Respublikasının adı dərc olmuşdu. Bu təməllər ölkə daxilinə aid olmadığı üçün onu görməmişdik və elə buna görə də onun üzərində həssaslıq da yaranmamışdı. Bu səhv mərkəzə xəbər verilən kimi offline xəritələrdə bizim üçün yaranan imkanlara diqqət etməklə, ən tez bir vaxtda bu qondarma ada düzəliş verdik və bu səhvin bir daha təkrar olması mümkün deyil.”

Cəliliyan əlavə edib ki, beynəlxalq xəritələrdə belə hiyləgərlik mövcuddur, lakin biz yerli və offline xəritələrdə bunu islah etmişik.

Qeyd edək ki, Azərbaycan Respublikasına aid işğal edilmiş Qarabağ məntəqəsinin müstəqilliyi heç bir ölkə, hətta işğalçı Ermənistan tərəfindən də rəsmi olaraq tanınmır.

Bəs, görəsən, Azərbaycanın müvafiq qurumları niyə indiyədək bu hala biganə yanaşıblar?

Maraqlıdır ki, araşdırdığımız bir çox beynəlxalq yol xəritələrinin heç birində Dağlıq Qarabağ müstəqil dövlət kimi görsənmir. Görünür, İran hansısa səbəbdən etdiyi bu “səhvi” sonradan düzəltmək məcburiyyətində qalıb. “Səhvinin” səbəbini isə özlərindən asılı olmayan amillərlə əlaqələndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam