Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“F-35”-ləri artıq Rusiya ilə döyüşə hazırlayırlar

 

Hərbi hava qüvvlərində 5-cü nəsil qırıcılardan sayılan “F-35 Lightning II” döyüş təyyarələrinin sınaq uçuşlarında birbaşa translyasiya rejimində ABŞ ordusunun Hava və raket əleyhinə vahid idarə sisteminə (Integrated Air and Missile Defense Battle Command System) (IBCS) əldə etdiyi məlumatların effektiv şəkildə ötürülülməsinə nail olunub.

Yenixeber.org: Xarici agentliklər xəbər verir ki, bu bardə “Defense News” saytı məlumat yayıb.

Saytdan verilən informasiyaya görə, sınaqlar ABŞ ordu rəhbərliyinə “F-35 Lightning II” təyyarələrinin çoxdomenli (şaxəli) əməliyyatlrarda, digər vasitələrin aşkar etmədiyi yerlərdə kəşfiyyat təyyarəsi kimi istifadə oluna biləcəyi əminliyini verib.

Bu ilin avqust ayında “The Aviationist” saytı Rusiyanın çox öyündüyü “Su-57” təyyarələrini ABŞ-ın “F-22 Raptor” və “F-35 Lightning I”I qırıcılarının uğursuz klonu adalndırmışdı.

Lakin rəsmi Vaşinqton hələ də Rusiya hərbi aviasiyasını özünün ən ciddi rəqibi hesab edir.

ABŞ ordusunda vahid hava hücumundan müdafiə sistemi yeni sayılır.

2006-cı ildə “Northrop Grumman” şirkəti “IBCS”in qurulduğunu bəyan edib.

Çoxdomenli əməliyyatlar konsepsiyası quruda, dənizdə, havada, kosmosda və kibeməkanda situasiyanın operativ izlənilməsi məqsədilə hərbi-hava qüvvələri, hərbi-dəniz qüvvələri və quru qoşunlarının məlumatlarının vahid bazada birləşdirilməsini nəzərdə tutur.

Sistem qurucularının fikrincə, bu cür yanaşma tərzi Birləşmiş Ştatların silahlı qüvvələrinə potensial düşmənlərindən daha cəld hərəkət etməyə, mübahisəli məkanlarda situasya dəyişikliklərinə daha tez reaksiya göstərməyə imkan verəcək.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam