Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çin:“ABŞ-la müharibəyə hazırıq!”

 

"ABŞ danışmaq istəsə danışacağıq, müharibə aparmaq istəsə döyüşəcəyik”.

Yenixeber.org: Xarici mətbuat xəbər verir ki, bunu Çinin BMT-yə yeni təyin olunmuş daimi nümayəndəsi Zhang Jun BMT-nin Baş qərargahında keçirdiyi mətbuat konfransında deyib.

ABŞ-Çin arasında yenidən qızışan ticarət savaşını şərh edən diplomat, ölkəsinin öz hüquqlarını qorumaq üçün lazım olan hər cür tədbirə əl atacağını vurğulayaraq, qarşı tərəfi müdrikliyə çağırıb:

"ABŞ gərginliyin doğru çözümünü tapmaq üçün doğru yola qayıtmalıdır”.

Qeyd edək ki, iki ölkə arasında ötən ilin mart ayında başlayan və qarşılıqlı gömrük tarifi cəzalandırmaları ilə davam edən ticarət savaşı son olaraq Çinin texnologiya şirkətlərinə sıçramışdı.

 ABŞ prezidenti Donald Tramp Çin məhsullarına əlavə olunacaq yeni gömrük vergisi ilə bağlı Twitter hesabında paylaşdığı açıqlamasında bildirmişdi ki, ticari müzakirələr davam edir və ABŞ 1 Sentyabrdan etibarən Çindən idxal olunan 300 milyard dollarlıq məhsula 10 faizlik gömrük vergisi əlavə edəcəkdir: “Bu əlavə vergi onsuz da 25%-lik gömrük vergisi qoyulmuş 250 milyard dollarlıq məhsulu əhatə etmir. Əhatəli bir ticari anlaşma üçün Çinlə müsbət dialoqumuzu davam etdirmək istəyirik və iki ölkə arasında gələcəyin parlaq olacağını düşünürük".

Trampın bu açıqlamaları ilə yeni mərhələyə qədəm qoyan ticarət savaşında Çinin əsas blöflərindən birinin də Şimali Koreya olacağı anlaşılır. Zhang Junun mətbuat konfransında səsləndirdiyi bəzi fikirlərdən də bu nəticə çıxır. Jurnalistlərlə söhbətində Şimali Koreya ilə ABŞ arasındakı nüvə danışıqlarına da toxunan daimi nümayəndə müzakirələrdə irəliləyiş əldə etmək üçün bu ölkəyə tətbiq edilən sanksiyaların yüngülləşdirilməsinin lazım olduğunu bildirib.(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam