Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran Çinlə birtərəfli viza rejimini ləğv edib –Qərar

İranın Nazirlər Kabineti Çinlə viza rejiminin birtərəfli ləğvi ilə bağlı qərar qəbul edib.

Yenixeber.org:  İranın Nazirlər Kabineti bu qərarı ölkənin xarici işlər naziri və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının təklifi əsasında qəbul edib.

Qərara əsasən, Çin vətəndaşları 21 gün müddətinə İranda qala bilər.

Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının yeni sədri Əli Əsgər Munisan jurnalistlərə açıqlamasında bildirib ki, viza rejiminin ləğvi ilə yaxın 4-5 il ərzində Çindən İrana 1 milyon turistin gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, son statistik məlumata görə, 2018-ci ildə Çindən İrana 52 min nəfər səfər edib. Ötən il İrandan tranzit olaraq digər ölkələrə səfər edən çinlilərin sayı isə 170 min nəfər təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam