Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putinin hakimiyyətdən gediş müəmması

 

Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin seçkilərindən sonra “genişləndirilmiş konstitusion səlahiyyətlərə” malik baş nazir kimi hakimiyyətdə qala bilər. 

Yenixeber.org: “Bloomberg” yazır ki, bunu Kremlə yaxın və “Vahid Rusiya”nın yüksək rütbəli üzvü kimi mənbələr bildirib.

Prezidentin köməkçiləri və müşavirləri 2021-ci ilə kimi seçki qanunvericiliyinin dəyişiklikləri üzərində düşünürlər ki, yenilənmiş Dövlət Duması üzərində nəzarət olduğu kimi qalsın. Bunu “Kommersant” nəşri yazıb.

Kremldə prezident səlahiyyətlərinin zərərinə baş nazirin konstitusion səlahiyyətlərinin genişləndirilməsi ssenarisi müzakirə edilir. Bunun üçün Dövlət Dumasının təsdiqi lazımdır və 2021-ci ildən sonra “Vahid Rusiya”nın parlamentdə üstünlüyü kara gələrdi.

Lakin nəşr əlavə edir ki, burada çətinliklər var: reytinqlərin aşağı düşməsi fonunda “Vahid Rusiya”nın namizədləri seçicilərin zəruri dəstəyini ala bilmirlər.

Kreml seçki qanunvericiliyinin elə dəyişdirilməsinə çalışır ki, “Vahid Rusiya” üzvləri 2021-ci ilin seçkilərində formal olaraq müstəqil namizədlər kimi çıxış etsinlər. “Bloomberg”in məlumatına görə, bu məqsədlə proporsional sistem üzrə seçilən deputatların sayını 50%-dən 25%-ə endirəcəklər (112 nəfərə qədər), yerdə qalan 75% isə dairələr üzrə nominal olaraq müstəqil namizıd kimi seçiləcək.

Mənbələrdən biri bildirir ki, bu cür addımlar sayəsində Vladimir Putin prezident səlahiyyətlərinin bitməsinə 3 il qalmış “yeni parlament üzərində tam nəzarət” əldə edəcək.

Kremlə yaxın mənbələr və “Vahid Rusiya”nın yüksək rütbəli üzvü “Bloomberg”ə bildiriblər ki, potensial olaraq bu cür ssenari Putinə 2024-cü ildən sonra da hakimiyyətdə qalmağa imkan verəcək – “prezident səlahiyyətlərinin zərərinə genişləndirilmiş konstitusion səlahiyyətlərə malik baş nazir və hakim partiyanın sədri kimi”.

Prezidentin hansı səlahiyyətlərinin əlindən alınaraq baş nazirə veriləcəyi isə dəqiqləşdirilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam