Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Razi Nurullayevin “işi” yenə çətinə düşüb – YAP İmişlidən prinspial namizəd verməyib, amma...

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevi, ötən seçkilərdə olduğu kimi, bu dəfə də böyük çətinliklər gözləyir.

Yenixeber.org: Yeni Azərbaycan Partiyası 81 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş partiya sədrinin qarşısına prinsipial rəqib çıxarmayıb.

Hakim partiyanın siyahısnda həmin dairədən Məmmədov İsrafil Zakir oğlu namizəd göstərilib. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumata görə, həmin şəxs İmişi rayon Mərkəzi Xəstəxanasının mühasibatlığında kiçik vəzifə tutur.

Bununla belə, 81 saylı dairədən bölgədə tanınmış iş adamı, rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov da namizədliyini irəli sürüb. Seçki elan olunduqdan dərhal sonra sənədlərini DSK-ya təqdim edən S.Səmədov rayonda xeyriyyəçi, ehtiyacı olan insanlara yardımlar etməsi ilə tanınır. Mənbələr bildirirlər ki, Razi Nurullayevə seçicilərin o qədər də yaxşı olmayan münasibəti fonunda iş adamının şansları kifayət qədər yüksək görünür. Qeyd olunur ki, iş adamı həm də hakim partiyanın üzvüdür.

Xatırladaq ki, 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı gərgin çəkişmədən, uzun-uzadı mübahisələrdən sonra MSK tərəfindən Razi Nurullayevin az sayda səslə deputat seçildiyi elan olunmuşdu. Həmin vaxt 81 saylı seçki dairəsindən 17 nəfərin namizədliyi irəli sürülmüşdü. Onların arasında vətəndaş cəmiyyəti liderlərindən İlqar Hüseynli və Milli Olimpiya Komitəsinin üzvü Murad Fərzəliyev daha yaxşı seçki kampaniyası apararaq öndə olsalar da, siyasi dəstək Razi Nurullayevdən yana olmuşdu. Bu dəfə necə olacaq, sentyabr 1-də məlum olacaq.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam