Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ DİPLOMATLARININ GİZLİ SƏS YAZISI YAYILDI – “Xodorkovskinin maliyyəsini kəsib...”

ABŞ dövlət katibi Antoni Blinkenin birinci müavini Viktoriya Nuland və köməkçisi Ceyms O'Brayn arasında baş tutan telefon danışığının səs yazısı ictimaiyyətə sızdırılıb.

Yenixeber.org: Səs yazısında Aleksey Navalnının ölümünün ardından Rusiyada hansı müxalifətçini dəstəkləyəcəklərindən bəhs edirlər.

Nuland səs yazısında bildirir ki, ABŞ Dövlət Departamenti Rusiyanın tanınmış müxalifətçilərindən olan Mixail Xodorokovskiyə dəstək vermək niyyətində deyil.

O, audioyazıda həmçinin bildirib ki, onlar bir müddət əvvəl vəfat etmiş Aleksey Navalnının köməkçisi Leonid Volkovun rəhbərlik etdiyi “Korrupsiyaya Qarşı Mübarizə Fondu”nun Kremlə qarşı fəaliyyətinə birbaşa maliyyə dəstəyi vermək niyyətindədirlər.



“Biz Xodorkovskinin maliyyəsini kəsib, əvəzində Navalnının “Korrupsiyaya Qarşı Mübarizə Fondu”na pul vermək qərarına gəldik. Düşünürəm ki, Volkov bu yeni layihə üçün bizə lazım olan şəxsdir. O, stabil biridir və təcrübəsi də var. Ona ehtiyac olan tək şey bizim rəhbərliyimiz və resurslarımızdır. Sözügedən layihə Xodorkovski ilə işləməyəcək...”,- deyə Nuland qeyd edib.

Xatırladaq ki, Aleksey Navalnı bu yaxınlarda həbsxanada vəfat edib. Onun ölümündən sonra Rusiya müxalifətinə kimin rəhbərlik edəcəyi böyük maraqla gözlənilir. Navalnının ən yaxın yoldaşlarından olan Volkov ötən il ABŞ-yə səfər edib və ABŞ dövlət katibinin keçmiş müavini Vendi Şermanla görüşüb. Müvafiq görüş Navalnının komandası ilə ABŞ Dövlət Departamenti arasında sıx əlaqələrin mövcudluğunu təsdiqləyir.

Qeyd edək ki, Volkov hazırda Avropada yaşayır. O, Avropa siyasətçiləri ilə sıx təmasdadır. Navalnı komandasının əksər üzvləri kimi, Volkov da Rusiyada çoxları tərəfindən “xarici agent” kimi qəbul edilir. Bundan başqa, onun adı uzun müddətdir ki, “gəncləri qanunsuz nümayişlərə cəlb etmək” ittihamı ilə Rusiyada “beynəlxalq axtarışda olanlar” siyahısındadır.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam