Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ Cənubi Qafqazda nə etmək istəyir? -Markedonov

 

“ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini başa çatdırmaqda maraqlıdır”. Bu tezisi ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Patel səsləndirib. Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Obrayen də X sosial şəbəkəkə hesabında oxşar fikirləri açıqlamışdı. Amerika uzaq Qafqazda nə axtarır?

Yenixeber.org xəbər verir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib.

“Onlar region ölkələri ilə həmsərhəd deyil, Qafqaz diasporlarını İsrail və ya İrlandiya faktorları ilə müqayisə etsək, onların təsiri o qədər də böyük sayılmır. Avrasiya üzrə amerikalı ekspertlərin əsərlərində ortaq mövzu Cənubi Qafqazın Vaşinqton üçün vacib olması tezisidir, lakin bu “vaciblilik” heç də kritik deyil. Amerika elitası, rus elitasından fərqli olaraq, Cənubi Qafqaza müxtəlif “eynəklərdən” baxır. Onlarda əsas obyekt Azərbaycan, Ermənistan və Gürcüstan deyil, Rusiya, Türkiyə və İrandır. Son illər Amerikanın Qafqazdakı xarici siyasəti Çini də əhatə etməyə başlayıb. Rusiya ərazisinin genişlənməsindən qorxurlar. Amerika nəzəriyyəçiləri keçmiş SSRİ ərazisindəki bütün etnik münaqişələri bu kontekstdə nəzərdən keçirməyə meyillidirlər. Hələlik onlar Qarabağ məsələsinin nizamlanmasında Rusiyanın roluna dözürlər, çünki Moskva “dqr”i tanımır və hətta onun “greater Russia”( böyük Rusiyaya - red.) daxil edilməsi ilə bağlı hipotetik referendumlar planlaşdırmır. 2022-ci il hər şeyi dəyişdi. İndi ABŞ Ukrayna istiqamətində olduğu kimi, Qafqazda da Rusiyanı “saxlayır”. Onlar “revizionizmdən” qorxurlar!”, - o bildirib.

Markedonov qeyd edib ki, Türkiyəyə gəldikdə, burada hekayə fərqlidir:

“Strateji müttəfiq rəqib deyil, amma inadkar və şıltaqdır. İran da Rusiya kimi Vaşinqton tərəfindən düşmən hesab olunur. Bu baxımdan, ABŞ nə qədər çətin olsa da, Azərbaycan-İsrail əlaqələrinin möhkəmləndirilməsində və Bakı ilə əlaqələrin inkişafında son dərəcə maraqlıdır. Çinin “Bir kəmər və bir yol” təşəbbüsü Vaşinqton tərəfindən təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiyada rəqabətədavamlı layihə kimi qiymətləndirilir. Lakin burada və indi Vaşinqton ilk növbədə Çinin xüsusən də Gürcüstanda iqtisadi təsirinin güclənməsindən ehtiyat edir. Bu həm də geosiyasi nəticələrlə doludur. Buna enerji amilini, karbohidrogenlərin AB müttəfiqlərinə tədarükü üçün alternativlər axtarmaq istəyini, Qara dəniz və Xəzər dənizində konsolidasiyanı, Qafqaz-Yaxın Şərq əlaqəsi, üstəgəl insan hüquqlarının müdafiəsini əlavə etsək, pazl tamamlanır. NATO-ya formal üzv olmadan Gürcüstanla əlaqələrin artırılması (Cənubi Koreya və ya İsraillə münasibətlərə bənzər xüsusi alyans modeli), Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas moderator rolunun gücləndirilməsi, Rusiya, İran və Çini “saxlamaq”, problemli müttəfiq Türkiyə ilə münasibətləri optimallaşdırmaq – Amerikanın regionda gündəminin əsas bəndləri bunlardır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam