Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Onlar prezidentin çıxışından nəticə çıxaracaqlar"

 

"Dünyada baş verən proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb".


"Xeberinfo.com":   Məlumata görə, bunu Milli Məclisin spikeri Oktay Əsədov bu gün Milli Məclisdə 2016-cı ilin büdcə müzakirələri zamanı deyib.

O.Əsədov bildirib ki, Azərbaycan büdcəsi bu il də sosial yönümlülüyü ilə seçilib.

Spiker qeyd edib ki, ölkənin müdafiə gücünün saxlanması və təhlükəsizlik üçün diqqət həmişə olduğu kimi yüksək olub və bu il də bu istiqamətdə kifayət qədər vəsait ayrılıb.

O.Əsədiov bildirib ki, Azərbaycanın dövlət başçısının rəhbərliyi altında ölkəmiz sınaqlardan özünü qoruya bilib.

Onun sözlərinə görə, növbəti ildə də iqtisadiyyatda real artım gözlənilir: “Bu isə büdcənin neftdən asılılığının azalması deməkdir. Büdcə azalmasının əksər hissəsi də Dövlət Neft Fondundan transferlərin dayandırılması hesabına nəzərdə tutulub. Ümumilikdə, büdcə xərclərinin azalması investisiya lahiyələrinin müvəqqəti saxlanılması hesabına başa gəlib. Lakin növbəti ildə qeyri-neft sektorunda 3,4 faiz artım proqnozlaşdırılır. Dövlət başçısının dünən Nazirlər Kabinetinin iclasında çıxışını da izləmisiniz. Mən inanıram ki, millət vəkilləri, hökumət üzvləri bu çıxışı diqqətlə oxuyub təhlil edəcək və nəticə çıxaracaqlar”. 

 

AzNews.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam