Redaktor seçimi
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Günün xəbəri

“Sülh Moskvada olacaq” -Rusiyadan MESAJ

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan yenidən Moskvada bir araya gələcəklər. XİN başçılarının Moskva görüşü mayın 19-na planlaşdırılıb. Danışıqların əsas mövzusu sülh sazişinin imzalanması prosesi olacaq.   

Yenixeber.org: Üçtərəfli formatda keçiriləcək görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirakı gözlənilir.   

Məlumat üçün qeyd edək ki, bu yaxınlarda Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Ardınca ikitərəfli danışıqlar bir neçə gün davam edib, nəticədə tərəflər arasında sülh sazişi ilə bağlı bəzi məqamlar üzrə razılıq əldə olunub.   

Maraqlıdır, Vaşinqtondan sonra Moskva görüşü nə ilə yadda qalacaq? İki ölkə arasında sülhə hansı tərəf nail olacaq? 

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix bildirib ki, regionda sülh yalnız Moskvanın vasitəçiliyi ilə baş tuta bilər:  

“Əslində heç kim sülh müqaviləsini gözləmirdi, amma görünən odur ki, artıq tərəflər arasında uğur olacaq. Bir neçə gündür ki, avropalılar və amerikalılar diplomatik qələbələri barədə qışqırırlar, amma bildirim ki, heç bir yenilik yoxdur. Növbəti danışıqlar Rusiyada gözlənilir. Bunun üçün hazırlıq gedir, əslində Rusiya iki ölkə arasında sülh üçün daha çox töhfə verə bilər. Hesab edirəm ki, sülh müqaviləsi Rusiyanın vasitəçiliyi ilə imzalanacaq”. 

Tanınmış politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya ötən gün baş tutan səfərindən də danışıb: 

“Paşinyanın Moskvada görünməsi simvolikdir. O, Rusiyayönümlü siyasətçi olmadığı üçün Rusiyanın vasitəçiliyi ilə Ermənistanı xilas edəcəyinə ümid edə bilməz. Rəsmi Moskva erməni xalqı ilə Paşinyanı ayırmalı, onlara qarışmamalıdır. Düşünürəm ki, artıq rəsmi Moskva öz seçimini edib və seçim arasında Ermənistan yoxdur”. (modern) 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam