Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İRAN ERMƏNİSTANA “ŞAHİD-136” DRONLARI VERƏCƏK” –“Azərbaycana qarşı məcburetmə taktikasına keçir”

Yenixeber.org: Bu barədə ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun nəzdində fəaliyyət göstərən “Eurasia Daily Monitor” saytı məlumat yayıb.

Ceymstaun Fondu hesab edir ki, Tehran Bakını regionda öz maraqlarına uyğun addımlar atmağa inandıra bilmədikdən sonra Azərbaycana qarşı "məcburetmə taktika"sından istifadə etməyə çalışır.

Xəbərdə qeyd olunur ki, İran Avrasiyada silah satışını genişləndirmək niyyətindədir və Ermənistan bazarına daxil olmaqla, Azərbaycan-Türkiyə müttəfiqliyinin güclənməsinin qarşısını almağa çalışır.

"İranın Ermənistana təklifi ilə bağlı bir çox detallar açıqlanmasa da, Tehran çox güman ki, İrəvanı “Şahid-136” dronlarıyla təmin edəcək. Son həftələr Rusiya bu dronlardan Ukrayna müharibəsində mülki və hərbi hədəflərə qarşı istifadə edir. Ermənistan 2022-ci ilin avqustunda Rusiya, Belarus və İran arasında təşkil olununan “Şahin ovu” adlı birgə pilotsuz uçuş aparatları müsabiqəsi zamanı İran PUA-larının döyüş imkanlarını yaxından müşahidə etdi",- məlumatda bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl İran Ermənistana çoxlu sayda tank əleyhinə raketlər hədiyyə etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam