Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Andreasyandan Njde və erməni faşizmi ilə bağlı şok –VİDEO

Ermənistan mədəniyyət nazirinin müavini Janna Andreasyan erməni televiziyasında nasist əlaltısı Qaregin Njdenin ultra-millətçi “tsexakronizm” ideologiyasının təhlükəsi barədə əhəmiyyətli açıqlama verib.

Yenixeber.org: Bu sözlər yüksək səviyyəli bir erməni məmurunun Njdenin erməni millətinin üstünlüyü barədə faşist təliminə qarşı ilk açıq nitqi olub.

“Njdenin ideologiyası, əslində, faşist ideologiyadır. 21-ci əsrin bir toplumu olaraq bizim üçün çox təhlükəlidir, çünki bu ideologiya dünyaya təcavüz əsasında qurulub, özünü bütövlükdən ayırır. Dünya və bütün cəmiyyətlər üzərində üstünlüyünü nümayiş etdirir. Əgər onun təlimində olan bütün gözəl sözləri bir kənara qoymaq olarsa, yerdə yalnız bu çox təhlükəli zəmin qalacaq”, – nazir müavini deyib.

“Sən bu cür mövcud ola bilməzsən, yəni hamıya qarşı davran, hamıya yuxarıdan aşağı bax və eyni zamanda başqalarının bizə yaxşı münasibət göstərməsini gözlə. Bu olmur. Ətrafımızdakı hər kəsin küt olduğunu düşünüb hamını öz nəzarətimizdə saxlamağa çalışa bilmərik. Buna görə yaşamaq mümkün deyil. Bizim erməni xalqının elan edə biləcəyi digər konsepsiyalara ehtiyacımız var”, – Janna Andreasyan bildirib.

“Hazırkı məqamda biz erməni cəmiyyətində yalnız millətçilərin monoloqunu görürürk. Ancaq hər hansı monoloq cəmiyyət üçün çox təhlükəlidir. Müasir dünya sürətə və müxtəlifliyə əsaslanır və bu tendensiyalara uyğun gəlmiriksə, demək, sosial inkişaf trendlərinə uyğun gəlmirik, o zaman anlamalıyıq ki, bu vəziyyətdə biz həmişə dünya birliyinin həyatından kənarda olacağıq”, -. Ermənistan mədəniyyət nazirinin müavini fikrinmi yekunlaşdırıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam