Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyanın Xalq artisti Filip Kirkorov - uşaqları ilə birgə Bakıya gəlib

 

Rusiyanın Xalq artisti Filip Kirkorov uşaqları ilə birgə Bakıya gəlib.

Yenixeber.org: Hava limanında rusiyalı estrada ulduzu Bakıya növbəti səfəri və JARA beynəlxalq festivalında iştirakı ilə bağlı təəssüratlarını mətbuatla bölüşüb.

Kirkorov yenidən qonaqpərvər Azərbaycana gəlməkdən çox məmnun olduğunu vurğulayıb.

"Uşaqlarımla Soçidən gözəl uçuş həyata keçirdik. Yaxşı yedik, yatdıq. İndi də Bakıdayıq və JARA festivalında çıxış edəcəyik. Çox maraqlı olacaq, yeni duetlər və mahnılar olacaq", - Kirkorov deyib.

Xatırladaq ki, iyulun 25-dən 28-dək "SeaBreezeResort" kurortu ərazisində qonaqları 4 günlük fasiləsiz əyləncə gözləyir. 80-dən çox sənətçinin iştirak etdiyi fantastik konsertlər, ulduz dəfilələri, inanılmaz işıq şouları və qürubda rəqs - bir sözlə, heç bir müasir musiqi festivalının müqayisə oluna bilməyəcəyi ab-hava olacaq. Bu il təşkilatçılar rekord nəticələr söz verib: sahildəki əsas səhnədən əlavə, iki böyük səhnəsi olan iki hovuz quraşdırılacaq, ərzaq meydançası, VIP zona genişləndiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam