Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Çin gedişi -Yaxın Şərqdəki proseslərin arxasında Pekin dayanırmış?

news content

İkinci dünya savaşından sonra böyük güclər bir-birinə qarşı mübarizədə regional ə etnik münaqişələrdən alət olaraq istifadəni gücləndirdilər. Bununla da proksi savaşlar dövrü başladı, yəni iri dövlətlər müharibələri öz ərazilərindən kənara sürüşdürməyə üstünlük verdilər.

Yenixeberorg.com: Bu siyasət Fələstində iki dövlət (İsrail və Fələstin) elan edildikdən sonra başlanmış münaqişənin fonunda daha aydın görünürdü. Keçmiş SSRİ bu məsələni siyasi-ideoloji müstəviyə çəkərək, Amerika imperializminə qarşı mübarizə kimi təqdim etməyə səy göstərirdi. Həm də Yaxın Şərqdə sosializm ideologiyasının yayılmasından öz geopolitik məqsədləri üçün vasitə kimi istifadə edirdi. ABŞ də kommunizm təhlükəsinə qarşı region ölkələrinin başçılarını öz ətrafında birləşdirməklə bölgədə güclənirdi.

Bu münaqişə günümüzədək davam edir. Ancaq güclərin mübarizəsində SSRİ sıradan çıxdı, varis Rusiya isə onu əvəz etmək gücündə deyil.

2023-cü il oktyabrın 7-də Qəzza zolağında HƏMAS silahlı qruplaşmasının İsrailə hücumu heç bir halda adekvat deyildi. Çünki hərəkatın bu savaşda yəhudi dövlətinə qalib gəlməsi heç ehtimalla da mümkün sayılmırdı. Elə də oldu. HƏMAS sıradan çıxmaqdadır, liderlərinin çoxu öldürülüb.

Görünür, HƏMAS-ın İsrailə hücumu məsələsi gələcəkdə araşdırılacaq.

Bununla belə, zənn edilirdi ki, bu hərəkatı yəhudi dövləti ilə müharibəyə sövq edib, arxasından duran İslam Respublikasıdır. Ancaq sonrakı hadisələr bu münaqişədə İran hakimiyyətinin aparıcı oyunçu olmadığını göstərdi.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və xarici işlər naziri Van Yinin 2024-cü il iyulun 23-də Pekində Fələstin fraksiyaları arasında “Parçalanmaya son qoymaq və Fələstinin milli birliyini möhkəmləndirmək haqqında Pekin Bəyannaməsi”ni imzalanması mərasimində iştirakı Yaxın Şərqdə ABŞ-nin böyük rəqibini üzə çıxardı.

Çin üçpilləli təşəbbüslə çıxış etdi:

  • Qəzza zolağında hərtərəfli, möhkəm və davamlı atəşkəsə nail olmaq, döyüş əməliyyatlarının dayandırılması;
  • “Fələstinlilər Fələstini idarə edir” prinsipi əsasında Qəzzanın münaqişədən sonrakı idarə olunması üçün birgə səylər göstərmək. Qəzza Fələstinin ayrılmaz, tərkib hissəsidir. Münaqişədən sonrakı bərpanın tezliklə başlanması təxirəsalınmaz vəzifədir. Beynəlxalq ictimaiyyət fələstin fraksiyalarına milli razılıq müvəqqəti hökumətinin yaradılmasında və Qəzza sektoru ilə İordan çayının Qərb Sahilinin səmərəli idarə olunmasında dəstək göstərməlidir;
  • Fələstinə BMT-nin tamhüquqlu üzvü olmağa kömək etmək və iki dövlət modelinin həyata keçirilməsinə başlamaq, iki dövlətin birgə mövcudluğu üçün ”yol xəritəsi” hazırlamaq məqsədilə genişmiqyaslı, daha nüfuzlu və daha səmərəli beynəlxalq sülh konfransının çağırılmasına dəstək vermək.

Pekin toplantısında Fələstinin 14 təşkilatı, o cümlədən HƏMAS və FƏTH də iştirak edib. Həmin toplantıda Fələstinin İsraili tanıması məsələsi də razılaşdırılmışdı.

Bütün hallarda Pekin bəyannaməsi reallaşmadı.

ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 20 maddəlik Qəzza üzrə sülh planını 2025-ci ilin noyabrında BMT Təhlükəsizlik Şurası təsdiqlədi.

Bu hadisələr regionda daha çox iki aparıcı qüvvənin olduğunu isbatladı.

ABŞ İsraili müdafiə etdiyini heç vaxt gizlətməyib. Ancaq Çin pərdə arxasında özünü göstərdikdən sonra gizlənən rejissora oxşayır. Belə qənaətə gəlmək olar ki, HƏMAS-ın İsrailə hücumunun arxasında İranla yanaşı, Çin də var.

Pekin körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ilə strateji əməkdaşlığı da fəal şəkildə inkişaf etdirir. O, 2025-206-cı illərdə şuraya üzv olan Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı ilə enerji təhlükəsizliyi, yüksək texnologiyalar (radiasiya nəzarəti daxil olmaqla) və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində genişmiqyaslı investisiyalar istiqamətində fəaliyyəti bunu təsdiqləyir.

Çünki Çin regiondan neft və qazın ən böyük idxalçısı olaraq qalır. Körfəz ölkələri isə ÇXR-in sərmayəsi sayəsində iqtisadiyyatlarını şaxələndirir.

Tərəflər arasında davamlı olaraq müxtəlif səviyyəli görüşlər keçirilir.

Çin bununla ABŞ-nin Yaxın Şərqdəki tərəfdaşlarına şərik çıxır.

Rəsmi Pekin bu istiqamətdə bəzi məsələləri az qala unudub. İki il öncə ÇXR ilə BƏƏ arasında imzalanan birgə bəyanatda Əmirliyin mövqeyini müdafiə etmişdi. Böyük Tomb, Kiçik Tomb və Əbu-Musa adalarının mənsubiyyəti məsələsi BƏƏ prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Pekinə səfərinin yekunu üzrə dərc edilmiş birgə bəyanatda bildirilirdi ki, Pekin “Birləşmiş Ərəb Əmirliklərinin Böyük Tomb, Kiçik Tomb və Əbu-Musa adalarının probleminin beynəlxalq hüquqa uyğun olaraq ikitərəfli danışıqlar, sülh yolu ilə həllinə dair səylərini dəstəkləyir”.

Buna İran XİN etiraz etmişdi: “Çin birgə bəyanatda yer alan əsassız iddiaları dəstəkləyib”. Nazirlik rəsmi Pekini başqa ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağıraraq, “üç adanın İrana mənsubiyyətinin dəyişməzliyini” bəyan etmişdi.

Qeyd edək ki, bu, Pekinlə Tehran arasında baş vermiş ilk hadisə deyil. Hələ 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanında keçirilən Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası və Çin sammitinin yekunları üzrə bəyanatda oxşar ifadələr yazılmışdı.

Rəsmi Tehranın etirazlarından sonra ÇXR İranın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış etmişdi.

Bu, Pekinin bəzi hallarda İranla ərəb dövlətləri arasında anlaşılmazlıqlar yaşadığını göstərən hadisələrdəndir.

Başqa sözlə, belə demək olar ki, Çin üçün BƏƏ və başqa ərəb dövləti ilə İslam Respublikası arasında münaqişə az maraq kəsb edir. Onun üçün əsas məsələ region ölkələri ilə əməkdaşlıq edib, enerji daşıyıcılarının idxalını şaxələndirməkdir.

2023-cü ilin martında Pekin İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin normallaşması üçün uğurlu vasitəçilik belə etmişdi.

Qlobal miqyasda baş verən hadisələrdə Çin sanki görünmürdü. Çünki açıq şəkildə ABŞ-yə və ya onun müttəfiqlərinə, tərəfdaşlarına qarşı çıxmır, qarşı tərəfi müdafiə etmirdi. Ona görə də elə zənn edilirdi ki, Pekin münaqişələrdə yoxdur, belə vəziyyətdə olan tərəflərdən heç birinin müdafiə etmir.

Ancaq zaman keçdikcə onun da maraqları üzə çıxmağa başlayıb. Başqa sözlə, keçmiş SSRİ-nin ideoloji həmkarlarından sayılan ÇXR sovetlərin varisi RF-dən daha artıq anti-imperialist mövqe tutur.

HƏMAS ətrafında yaranmış məsələdə bu məqam özünü daha qabarıq göstərdi. Atəşkəs və sülhə dair məsələdə fəallaşdı, təşəbbüskarlıq belə nümayiş etdirdi.

Rusiyanın Ukraynada apardığı müharibədə də Çin “dinc oturmayıb”.

Çin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində dəstəklədiyini rəsmi şəkildə bəyan etsə də, Rusiya ilə strateji tərəfdaşdır. Çin münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini bildirir. Bununla yanaşı, Qərbin RF-yə qarşı sanksiyalarına qoşulmayıb və onunla iqtisadi əməkdaşlığı artırıb. Çin və Rusiya 2026-cı ilə qədər dərinləşmə perspektivi ilə ticarət əlaqələrini, hərbi əməkdaşlığı genişləndirərək, strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edirirlər.

2026-cı ilin may ayına olan məlumata görə, Çin Rusiyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord 244 mlrd. dollara çatıb. Bu ilin ilk dörd ayında (yanvar-aprel) ticarət dövriyyəsi 2025-ci ilin uyğun dövrü ilə müqayisədə 19,7% artaraq 85,24 mlrd. dollara çatıb.

Çin 2026-cı ildə Rusiyanın sanksiyalara düşən texnoloji məhsul idxalının təxminən 90%-ni təmin edir.

Rəsmi Pekin bu müddət ərzində Ukraynaya humanitar yardım göstərməyə də vaxt tapıb.

Deməli, Rusiyanın ayaqda qalmasına əsas səbəblərdən biri Çinin dayağı, yaxud yardımı, əməkdaşlığıdır.

İranın ABŞ və İsrail kimi ölkələrə iki hərbi münaqişədə müqavimət göstərə bilməsinin əsas səbəbkarı da ÇXR-dir.

Çünki bu savaşda hərbi-texnoloji nailiyyətlər, kəşfiyyat məlumatları başlıca rol oynayır. Başqa sözlə, hərbi əməliyyatlarda ABŞ, İsrail və Çinin hərbi texnikası, raket, hava hücumundan müdafiə sistemi, dronları iştirak edir. Bəzi hallarda İslam Respublika Rusiyanın hərbi avadanlığından da istifadə edir. Çünki hələ müharibədən öncə İİR-RF arasında imzalanmış strateji tərəfdaşlıq haqqında müqavilədə hərbi əməkdaşlıq məsələləri də təsbit olunub.

Odur ki, bəhs etdiyimiz hərbi qarşıdurmada İranın rolunun şişirdilməsi absurddur. İslam Respublikası bu hadisələrdə itki vermək, iqtisadiyyatın dağılması, müxtəlif təyinatlı tikililərin dağılması ilə “müqavimət” göstərir. ABŞ, İsrail və ÇXR məlum hadisələrdə hərbi texnikasını nümayiş etdirir, sınaqdan çıxarır. İran isə onlar üçün laboratoriya, yaxud təcrübə meydanı rolunda oynayır.

Çin İslam Respublikası vasitəsi ilə ABŞ və İsrailə qarşı çıxış edir, Yaxın Şərqdə həm möhkəmlənməyə, həm də nüfuzunu artırmağa çalışır.

Mayın 6-da İranın xarici işlər naziri Abbas Əraqçi ÇXR-in xarici işlər naziri Van Yi ilə Pekində danışıqlar aparıb.

Hörmüz boğazının ABŞ və İran tərəfindən mühasirəyə alınması Çinin də iqtisadiyyatına təsirsiz ötüşmür.

Rəsmi Tehran ABŞ ilə münasibətlərin tənzimlənməsində Pekinin vasitəçiliyinə üstünlük verir. Bu məsələdə Çində kommunist ideologiyasının hakim olması İrandakı rejimi qorxutmur. Heç ÇXR də daxildə uyğurların milli azadlıq hərəkatını islama bağlayıb, onları “terrorçu” adlandırmasına baxmayaraq, İran İslam Respublikasının dini-siyasi ideologiyasından ehtiyatlanmır.

Pekin Tehrandan maraqlarını təmin etmək üçün ABŞ-yə qarşı alət olaraq istifadə edir.

Bu gün ABŞ Prezidenti Donald Tramp ÇXR-ə səfər edir. Bu sammitdə bir sıra regional və qlobal məsələlərin müzakirə ediləcəyi gözlənilir. Belə qənaətə gəlmək olar ki, ABŞ ilə Çin Yaxın Şərqdə nüfuz sərhədlərini də müəyyənləşdirə bilərlər.

İran Çinin əlində ABŞ-yə təzyiq etmək üçün ən güclü vasitədir. Odur ki, ÇXR bu imkandan maksimum yararlanmağa səy göstərir.

Necə deyərlər, Çin ABŞ-ni Tayvanda, deyil, İranda qarşılamağı daha sərfəli sayır. O, artıq böyük dövlət kimi regional qarşıdurmalarda, münaqişələrdə tərəfsiz olmadığını gizlədə bilmir.

Azərbaycan ərazisi də böyük güclərin pərdəarxası qarşıdurması nəticəsində 30 ilə yaxın işğal altında qalmışdı. Bu münaqişə onlar Ermənistandan bir-birinə qarşı təzyiq vasitəsi olaraq istifadə edirdi...

İslam Respublikası hazırda Çinin maraqlarının təmin olunması alətinə çevrilib. Halbuki Təl-Əviv və Vaşinqtonla anlaşmaq Pekindən daha əlverişli sayılar. Çünki onlarla əməkdaşlığa dair təcrübə var. Çin isə İslam Respublikası üçün yenidir. Xomeyninin mübarizəsinin nəticəsinin ÇXR-lə əməkdaşlıq olacağı regional oyunçular üçün də sürpriz sayılır. Yaxın Şərqdə isə münaqişə hələ bitməyib…(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam