Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

İRANIN TƏKLİFİ TRAMPI NARAZI SALIB -"Tamamilə qəbuledilməzdir!"

İRANIN TƏKLİFİ TRAMPI NARAZI SALIB - Tamamilə qəbuledilməzdir!

Donald Trump İranın razılaşma ilə bağlı təqdim etdiyi cavabı sərt şəkildə tənqid edib və onu “tamamilə qəbuledilməz” adlandırıb. 

Yenixeberorg.com: O, bu barədə özünün Truth Social platformasında paylaşım edib.

“Mən indicə özünü “İran nümayəndələri” adlandıran tərəfin cavabını oxudum. Bu cavab məni qane etmir – tamamilə qəbuledilməzdir!”, – deyə Tramp bildirib.

"Wall Street Journal" qəzetinin yaydığı məlumata əsasən, rəsmi Tehran Vaşinqtonun irəli sürdüyü əsas şərtlərdən biri olan nüvə obyektlərinin sökülməsini qəbul etməyib. Eyni zamanda İran tərəfi uranın zənginləşdirilməsinin dayandırılması ilə bağlı ABŞ-ın tələb etdiyindən daha qısa müddətli moratorium təklif edib.

Mənbələrin bildirdiyinə görə, İran zənginləşdirilmiş uranın üçüncü ölkəyə ötürülməsinə prinsip etibarilə razılıq versə də, danışıqlar nəticəsiz qalacağı təqdirdə həmin uranın geri qaytarılmasına dair təminat istəyib.

Bununla yanaşı, Tehran Hormuz boğazı üzərindən kommersiya gəmiçiliyinin mərhələli şəkildə bərpasını təklif edib. Lakin İran hakimiyyəti bu addımın ABŞ-ın İran limanları və gəmilərinə tətbiq etdiyi blokada tədbirlərinin aradan qaldırılması ilə paralel həyata keçirilməsində israr edir.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam