Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan futzal millisi “Birinci Türk Universitetləri İdman Oyunları"nda iştirak edəcək

 

Futzal üzrə Azərbaycxan milli komandası aprelin 4-də Bakıda start götürəcək “Birinci Türk Universitetləri İdman Oyunları"nda (Türk Universiadası) iştirak edəcək

 

Yenixeber.org:  AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan komandaları ilə mübarizə aparacaq. Oyunlar aprelin 5-də, 6-da və 8-də Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək. 

Milli komanda bu gündən yarışın hazırlığına başlayıb. Joze Alesio da Silvanın rəhbərliyi ilə kollektivin məşqləri Bakı İdman Sarayında keçirilir. Məşqlərə 18 futzalçı dəvət edilib. Oyunlar zamanı isə baş məşqçi 2-si qapıçı olmaqla, ümumilikdə 12 futzalçının xidmətindən yararlana biləcək.

Toplanışa dəvət edilən oyunçular:

Rövşən Hüseynli (“Araz”)

Ramiz Çovdarov (“Araz”)

Oktay Rüstəmli (“Araz”)

Nihad İsmayılov (“FK.İD.Futsal”)

Fərid Atakişiyev (EKOL)

Kamran Hacıyev (“Marafon Futsal”)

İbrahim Zeynalov (“Marafon Futsal”)

Tofik Əliyev (“Marafon Futsal”)

Rüstəm Bağırzadə (“Marafon Futsal”)

Vladislav Vorobyov (“Yasamal”)

Elçin Zeynalov (“Xəmsə”)

Əli Həsənov (“Xəmsə”)

Yamin Ağakərimzadə (“Xəmsə”)

Eşqin Tağıyev (“İtaldizain”)

Raqif Eyvazov (“İtaldizain”)

Mirmehdi Rzayev (ADBTİA)

Vüsal İsayev (“Baku Fire”)

Qüdrət İsmayılov (“Baku Fire”)

Qeyd edək ki, 8 gün davam edəcək Birinci Türk Universitetləri İdman Oyunlarında, qaydalara əsasən, turnirin startına qədər 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam