Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"İdman menecmenti" ixtisaslaşmasının tələbələri Böyük Britaniyada səfərdədir-FOTOLAR

Magistratura təhsil səviyyəsinin tədrisi ingilis dilində aparılan "İdman menecmenti" ixtisaslaşmasının II tədris ili tələbələri təlim-tədris məqsədilə Böyük Britaniyada səfərdədir. Səfər zamanı müxtəlif idman müəssisələrinə ziyarətləri nəzərdə tutulan tələbələr “Tottenham Hotspur” klubunun ev oyunlarını keçirdiyi eyniadlı stadionda olublar.
Yenixeber.org: Tələbələrə idman qurğusunun tikilməsi və tarixi haqqında məlumat verilib və bu mövzu ilə bağlı qısa videoçarx nümayiş etdirilib.
Daha sonra tələbələr xüsusi təlimatlandırıcı qurğudan istifadə etməklə stadion ərazisini gəzib, müxtəlif təyinatlı idman otaqları, konfrans zalı, tibb otağı, trenajor zalı və digər bölmələrlə tanış olublar.
Magistrantlar həmçinin müasir avadanlıqlarla təchiz olmuş stadionun ot örtüyünün qorunması, səs akustikasının tənzimlənməsi ilə əlaqədar görülən işlərlə bağlı məlumat əldə edərək stadion mütəxəssislərindən onları maraqlandıran suallara cavab alıblar.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam