Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Futbol üzrə U-19 millimiz böyük hesabla məğlub oldu

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenixeber.org: 2-ci qrupda yer alan yığma Türkiyə seçməsi ilə qarşılaşıb. Bolqarıstanın Albena şəhərində oynanılan görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Miloş Velebitin baş məşqçisi olduğu kollektivdən yeganə qolu 44-cü dəqiqədə penaltidən Nəriman Axundzadə vurub. 50-ci dəqiqədə Qurban Səfərov qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran Türkiyə yığması liderliyə yüksəlib. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.

24 sentyabr

14:00. Türkiyə - Azərbaycan - 5:1

Qollar: Ayberk Karapo, 8. Hamza Akman, 10; 83. Burak İnce, 28 (penalti). Emir Ortakaya, 76 - Nəriman Axundzadə, 44 (penalti)

Qırmızı vərəqə: Qurban Səfərov, 50 (Azərbaycan)

Hakimlər: Helgi Mikael Yonasson, Egill Qudvardur Qudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)

Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub - 0:1.

10:40

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, 2-ci qrupda yer alan yığma Türkiyə seçməsi ilə qarşılaşacaq.

Bolqarıstanın Albena şəhərində oynanılacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

24 sentyabr

14:00. Türkiyə - Azərbaycan

Hakimlər: Helgi Mikael Yonasson, Egill Qudvardur Qudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)

Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub - 0:1.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam