UEFA prezidenti:"Rusiya idmançılarına qarşı sanksiyalara görə ürəyim parçalanır"

"Rusiya idmançılarına qarşı tətbiq olunan sanksiyalara görə ürəyim parçalanır".
Yenixeber.org: Bunu UEFA prezidenti Aleksander Çeferin Rusiya komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasına münasibət bildirərkən deyib.
Sloveniyalı funksioner vəziyyətin çətin olduğunu söyləyib: "Biz başqa cür edə bilməzdik. Bu, idmançıların müharibəsi deyil. Bu səbəbdən onların əziyyət çəkməsi çox pisdir".
Qeyd edək ki, daha əvvəl UEFA İcraiyyə Komitəsi 2022/2023 mövsümü üçün Rusiya komandalarını yarışlardan kənarlaşdırıb.









AZ
RU