Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Naqil oğurlayan dəstənin -3 üzvü tutuldu

 

 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin və Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində Bakı-Sumqayıt sürət qatarının marşrut xətti üzərində yerləşən ümumi dəyəri 10.000 manata yaxın olan 150 metr aparıcı trosu və ikiqat kontakt naqilləri oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.

Araşdırmalarla onların 33 yaşlı İlkin Niftəliyev və əvvəllər məhkum olunmuşlar, 30 yaşlı Mövlan Quliyev və 28 yaşlı Ağasif Babayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları naqilləri Sumqayıt şəhəri ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə iki min manata satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. Həmin məntəqənin ünvanı polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək, naqillər maddi sübut kimi oradan götürülüb.

Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsində cinayət işi açılıb, dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam