Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Kredit götürdüyü pulu itirdi, yol polisi tapıb qaytardı -AZƏRBAYCANDA (FOTO)

Kredit götürdüyü pulu itirdi, yol polisi tapıb qaytardı - AZƏRBAYCANDA (FOTO)

Oğuzda Dövlət Yol Polisi əməkdaşları tapdıqları pul qabını sahibəsinin evinə aparıblar.

Yenixeber.org:Məlumata görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aprelin 24-də Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov şəhər ərazisində xidmət apararkən pulqabı tapıblar. İçərisində bir qadına məxsus şəxsiyyət vəsiqəsi, müxtəlif sənədlər və pul olduğunu görən polis əməkdaşları onun sahibini tapmaq üçün dərhal axtarışa başlayıblar. Şəxsiyyət vəsiqəsində göstərilən ünvan əsasında onlar həmin xanımı tapmağa nail olublar.

Polis əməkdaşları onun Oğuz şəhər sakini Svetlana Ağababayeva olduğuna əmin olduqdan sonra pulqabını ona elə öz evində təqdim ediblər. Sevincini gizlədə bilməyən S. Ağababayeva bu pulun onun üçün nə qədər vacib olduğunu və həmin pulqabını da bankdan kredit götürüb evə qayıdarkən yolda itirdiyini bildirib.

Köməksiz vəziyyətə düşdüyü anda polislərin onun yardımına yetişdiyini deyən Oğuz şəhər sakini asayiş keşikçiləri, hər zaman vətəndaşların təhlükəsizliyini təmin edən polislərə dərin minnətdarlığını bildirib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.(Publika.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam