Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Generalın qalstukunda gizli kamera:baş redaktoru necə “ilişdiriblər”...

 

Rusiyanın Peterburq şəhərində İstintaq Komitəsinin Kalininqrad regional idarəsinin rəhbəri, general Viktor Ledenovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktorun məhkəməsi gedir.

Yenixeber.org: Məhkəmədə dəlil kimi Federal Təhükəsizlik Xidmətinin apardığı gizli audi-video çəkilişlər də təqdim olunub. “Kommersant”ın yazdığına görə xüsusi xidmət orqanları baş redaktoru ifşa etmək üçün gizli kameraları generalın kabinetindəki gül qabında və onun qalstukunda yerləşdirblər.

İstintaqın versiyasına görə Kalininqrad vilayət dumasının deputatı İqor Rudnikovun baş redaktoru olduğu “Novıe kolesa” qəzeti Ledenevin barəsində ifşaedici məqalə yazıb. Həmin məqalədə generalın dəbdəbəli malikanədə yaşadığı göstərilirdi. General isə bu məqaləni onun və istintaq idarəsinin nüfuzuna zərbə kimi qiymətləndirib, jurnalistdən şikayət edib.

 

Bildirilir ki, 2017-ci ilin avqustunda , həmin məqalənin dərcindən sonra Rudnikov tanışından generalın yazılanlardan bərk narazı olduğunu eşidib. Bundan sonra baş redaktorda belə niyyət yaranıb ki, ifşaedici məqalələri davam etdirməklə hədələyərək Ledenevdən 50 min dollar qoparsın.

Baş redaktorun tanışı bu işdə vasitəçilik edir və generala həmin tələbi çatdırır. Həmin ilin noyabrında Kalininqrad kafelərindən birində general baş redaktorun köməkçisinə xüsusi hazırlanmış pulları verir. Həmin gün FTX əməkdaşları Rudnikovu tutublar. Həbs olunarkən onu xüsusi qəddarlıqla döyüblər, əlini sındırıblar və dindirməyə alt paltarında gətiriblər.

Məhkəmədə araşdırılan gizli audio-video yazılarda isə baş redaktorun generaldan pul tələb etməsi təsdiqlənmir. Belə ki, Rudnikov generalın qəbuluna gedərək məruz qaldığı hücumla bağlı işin sui-qəsd kimi qiymətləndirilməsini istəyir. Bildirir ki, əvəzində Ledenevdən tənqidi yazmayacaq. Ledenev isə prokurorluğa jurnalistə qəsd işinə yenidən baxılması üçün məktub göndərməyə razılaşır, eyni zamanda ona 50 min dollar ötürməyə çalışır.

Generalın qalstukunda yerləşdirilmiş gizli kameranın çəkdiyi görüntülərə əsasən Ledenev təqvim vərəqində “50 min” yazır, sonra altında pul paçkası olan vərəqi qaldırır. “Götür, mənim kabinetimdə rahat ola bilərsən. Burada mənim təhlükəsizliyim yoxlanılır”-general Rudnikovu pulu götürməyə inandırmağa çalışır. Amma Rudnikov kabinetdə pulu götürmür.

Rudnikov hədə-qorxu ilə pul tələb etməsini inkar edir, bildirir ki, generaldan ancaq onun işinə yenidən baxılmasını xahiş etmişdi.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam