Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda xüsusi təhlükəli oğru tutulub

Bakıda xüsusi təhlükəli oğru tutulub

 

 

Paytaxt polis uğurlu əməliyyat keçirib. Sabunçu rayon polisi Bakıda iri həcmdə heroin ticarəti ilə məşğul olan şəxsi saxlayıb

 

Yenixeber.org: Bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olduğu kimi, martın 5-də Balaxanı qəsəbəsində İkinci Mədən küçəsi ərazisindəki kirayə evdə 1982-ci il təvəllüdlü Zeynalov Seymur Teymur oğlu ələ keçirilib. Polislər Zeynalovun çantasından 16, 415 qr heroin, 246 manat, 4 min ABŞ dolları, 2,2 min avro, 30 qapı açarı və 7 müxtəlif medal aşkarlayaraq götürüblər. Bundan əlavə əməliyyatçılar Zeynalovun kirayələdiyi evdə 2,25 qr heroin də aşkarlayıblar.

İlkin araşdırma zamanı məlum olub ki, Zeynalov mənzillərin qarət edilməsi ilə də məşğul olur. Bunu axtarış zamanı tapılan çoxsaylı açarlar da sübut edir. İstintaq orqanları saxlanılan şəxsin Bakıxanov qəsəbəsi ərazisindəki 7 mənzilin qarət edilməsində iştirakını müəyyən edib.

Eyni zamanda Zeynalovun Nizami rayonu ərazisində də qarətlə məşğul olduğuna dair ehtimal var. Saxlanılan şəxs Novxanı qəsəbəsində qeydiyyatdadır. Hazırda istintaq Zeynalovun təkbaşına hərəkət etdiyini, yoxsa onunla əlbir şəxslərin olub-olmadığını araşdırır.

Faktla bağlı istintaq davam edir.

Qeyd edək ki, əvvəlki illərlə müqayisədə Azərbaycana gətirilən əfqan heroininin miqdarı artıb. Azərbaycan polisi tez-tez külli miqdarda qanunsuz dövriyyədə olan heroin və opium aşkarlayaraq müsadirə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam