Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ata xilas olsa da, övladları və xanımını itirdi... -Yanğının təfərrüatı

 

Xəbər verdiyimiz kimi, ötən gecə Hacıqabulun Navahı qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Yenixeber.org xəbər verir ki, ilkin araşdırmalar zamanı hadisənin taxta konstruksiyalı yataqxanada tək yaşayan 80 yaşlı Mütəllim Mahmudovun evindən başlaması məlum olub.

Belə ki, tənha yaşayan M.Mahmudovun evindən başlayan yanğın qısa vaxtda bitişik digər evə keçib. 10 dəqiqə ərzində bütün mənzilləri bürüyən yanğın zamanı qonşu evdə yaşayan Elçin Sadıqov özünü son anda çölə ataraq xilas ola bilib.

Lakin onun 11 yaşlı oğlu Elgün, 13 yaşlı qızı Zəhra, həyat yoldaşı, 42 yaşlı Aybəniz Abışova və həmin gün onlara qonaq gəlmiş qayınanası 73 yaşlı Sara Abışova yanaraq ölüb. Həmçinin yanğının başladığı evin sahibi olan 80 yaşlı kişi də hadisədə həyatını itirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam