Siyəzəndə iki avtomobil toqquşub, ölən var
Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində iki avtomobil toqquşub, ölən var.
Yenixeber.org-un məlumatına görə, VAZ-2106 markalı minik avtomobili “Opel” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Əliyoldaş Həmid oğlu Quliyev hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.(“Report”)
Hadisənin təfərrüatı araşdırılır.









AZ
RU