Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda maşında iki nəfəri güllələyən şəxsin cəzası azaldılıb

  

Paytaxtda iki nəfəri güllələməkdə təqsirləndirilən Tural Nağıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən Tural Nağıyevin cəzası 9 il 10 aya endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi onun cəzasını 6 ay azaldıb.

Qeyd edək ki, hadisə 2019-cu il dekabrın 22-də Yasamal rayonu, Şərifzadə küçəsi, 67A nömrəli evin qarşısında baş verib.

Belə ki, T.Nağıyev “Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Zülfü İlqar oğlu Muradov və 1984-cü il təvəllüdlü İlkin Gülhüseyn oğlu Bağıyev yaralanıblar. Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən xəsarət alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Daha sonra T.Nağıyev tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Güllələnən Z.Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostu olub. O, xəstəxanadan çıxandan sonra həbs edilib. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb və 6 il müddətinə azadlıqdan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam