Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Təhsilə göstərilən qayğının bəhrəsini bir neçə ildən sonra görəcəyik"

 

"Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin istiqamətlərindən biri də təhsilin inkişafına diqqət və qayğı göstərməkdir. Biz göstərilən bu diqqət və qayğının bəhrəsini bir neçə ildən sonra görəcəyik".
"Xeberinfo.com":  Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 -ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Onun sözlərinə görə, bu müsabiqə iştirakçılarının sayına görə ən öndə gedən tədbirdir: "Bu, şagirdlərimizin Heydər Əliyev şəxsiyyətinə böyük hörmət və ehtiramından xəbər verir. Bu müsabiqə gənclərimizin dövlətçilik təfəkkürünün formalaşmasına təsir göstərir ".
Ə.Əhmədov qeyd edib ki, Heydər Əliyev irsinin öyrənilməsi gənclərdə həm də Vətənə məhəbbət və vətənpərvərlik hisslərini formalaşdırır, onların bilik vərdişlərinin təkmilləşməsinə təsir edir, siyasi mədəniyyətinin formalaşmasına töhfə verir.
Baş nazirin müavini bildirib ki, Azırbaycan gənclərinə dövlət tərəfindən göstərilən qayğı gələcəyə daha böyük ümidlə baxmağa əsas yaradır.
YAP-ın icra katibi əlavə edib ki, partiya artıq 9-cu dəfə keçirilərək xoş ənənəyə çevrilən bu müsabiqədə yer tutub, sonra isə ali məktəblərə daxil olanlar üçün xüsusi təqaüd təsis edib: "Bu gün 37 nəfər bu təqaüdü alır və onların sayı ilbəil artır. Bu onu göstərir ki, müsabiqədə iştirak edən gənclərin bacarıq meyarları artır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam