"Düşünürəm ki, Rusiya ilə Ukrayna arasındakı müharibə sona çatmaq üzrədir"
Yenixeberorg.com: Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi hazırda sona çatmaq üzrədir. Bu barədə Rusiya lideri jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Düşünürəm ki, Rusiya ilə Ukrayna arasındakı müharibə sona çatmaq üzrədir", - deyə o qeyd edib.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həlli ilə bağlı əsas məsələləri müzakirə etmək üçün Putinlə görüşməyə hazır olduğunu bildirmişdi. Rusiya lideri isə öz növbəsində vurğulayıb ki, Zelenski ilə yalnız Moskvada deyil, həm də üçüncü bir ölkədə görüşmək, yalnız müqavilə imzalamaq üçün görüşmək ehtimalını istisna etmir.
"Üçüncü bir ölkədə görüşə bilərik, amma yalnız uzunmüddətli əhatə dairəsinə malik sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə edildikdən sonra. Biz bu tədbirdə iştirak edə və ya nəsə imzalaya bilərik, amma bu, sadəcə danışıqlar deyil, yekun razılaşma olmalıdır", - deyə Putin vurğulayıb.










AZ
RU