Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir -RƏSMİ

Ukrayna Prezidenti Volodimir Zelenski

Ukrayna 6 may tarixindən etibarən “sükut rejimi” elan edir.

Yenixeberorg.com: Bu barədə ölkə prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısı bildirib ki, rejim 5-dən 6 maya keçən gecə saat 00:00-dan qüvvəyə minəcək və bu müddətdə Ukrayna tərəfi “güzgü prinsipi” ilə hərəkət edəcək.

Zelenski Rusiyanın birtərəfli qaydada elan etdiyi atəşkəsə də münasibət bildirib. Onun sözlərinə görə, bu günə qədər hərbi əməliyyatların dayandırılması şərtləri ilə bağlı Ukraynaya rəsmi müraciət daxil olmayıb.

“İnsan həyatı istənilən yubileyin qeyd olunmasından qat-qat dəyərlidir. Buna görə də mayın 5-dən 6-sına keçən gecə saat 00:00-dan etibarən sükut rejimi elan edirik”, – deyə o vurğulayıb.

Prezident qeyd edib ki, bu müddət ərzində döyüşlərin real şəkildə dayandırılması mümkündür.

“Göstərilən vaxtdan etibarən güzgü prinsipi ilə hərəkət edəcəyik. Əgər Rusiya Müdafiə Nazirliyi hesab edirsə ki, Ukraynanın xoş niyyəti olmadan Moskvada parad keçirmək mümkün deyil, deməli, indi Rusiya rəhbərliyi müharibəni bitirmək üçün real addımlar atmalıdır”, – deyə Zelenski əlavə edib.("Unian")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam