Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Niderland "genişmiqyaslı münaqişə"yə hazırlaşır

 

Niderland Müdafiə Nazirliyi mümkün "genişmiqyaslı münaqişə"yə hazırlıq məqsədilə hərbi imkanların genişləndirilməsi yolunu tutacaq.

Yenixeber.org-un məlumatına görə, bu barədə ölkə parlamentinə göndərdiyi məktubda Müdafiə Nazirliyinin dövlət katibi vəzifəsini icra edən Qeys Teynman bildirib.

Sənəddə qeyd olunub ki, nazirlik yaxın vaxtlarda Şimal dənizinin akvatoriyasının təhlükəsizliyini təmin etmək üçün radiolokasiya sistemləri, zirehli maşınlar və yaralıların daşınması üçün mobil hospital kimi təchiz olunmuş xüsusi qatarlar alacaq. Bu planların məqsədi silahlı qüvvələri mümkün genişmiqyaslı döyüşlərə hazırlamaq və kritik infrastrukturun müdafiəsini gücləndirməkdir.

Teynman: "Genişmiqyaslı münaqişə həmişə çox sayda yaralı ilə müşayiət olunur", - deyərək "dəmir yolu hospitalı"nın alınma səbəbini izah edib. Onun sözlərinə görə, hazırda yaralıların daşınması, əsasən, avtomobillər və sanitar aviasiya vasitəsilə həyata keçirilir.

Nazirlik həmçinin Almaniyadan "Leopard 2" tankı bazasında istehsal olunan "Wisent 2" zirehli maşınlarını almağı planlaşdırır. Bu texnika döyüş şəraitində zədələnmiş silah və texnikanın təmiri və evakuasiyası üçün nəzərdə tutulub. Donanma üçün radiolokasiya sistemlərini isə adı açıqlanmayan Niderland istehsalçısı təmin edəcək. Bu sistemlər neft-qaz platformalarının, sualtı boru kəmərlərinin, külək elektrik stansiyalarının və rabitə kabellərinin qorunmasında istifadə olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam