Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyada “Könüllülər”in sayı sürətlə azalır -Rəsmi açıqlama verilmir

Rusiyadan olan könüllülər

Tatarıstan hakimiyyəti Ukrayna müharibəsinə getmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayanlara birdəfəlik regional ödənişlərin məbləğini 7 dəfə azaldıb.

Yenixeber.org: Rusiya mediasının yazdığına görə, indi müqaviləçilərə əvvəlki 2,7 milyon rubl(33 min dollar) əvəzinə cəmi 400.000 rubl(4900 dollar) təklif olunur.

Ödənişin azaldılması ilə bağlı regional hakimiyyət orqanları tərəfindən heç bir rəsmi açıqlama verilməyib.

Tatarıstan ödənişləri azaldan ilk region deyil. Yazda Yamalo-Nenets Muxtar Dairəsinin səlahiyyətli orqanları oxşar qərar qəbul edərək, aprelin 15-də birdəfəlik ödənişi 3,1 milyon rubldan 1,9 milyon rubla endirdilər.

Keçən il Krım və Sevastopol daxil olmaqla Rusiya regionları ödəniş məbləğlərini fəal şəkildə artırıb. Samara vilayəti 3,6 milyon rubl təklif edərək rekord vurmuşdu. Lakin hazırda demək olar, bütün regionlar maliyyə çətinliyi səbəbindən ödənişləri azaltmağa başlayıb.

Hesablamalara görə, təkcə 2025-ci ilin birinci yarısında federal və regional hakimiyyət orqanları yeni müqaviləli əsgərlərin cəlb edilməsi və aktiv hərbi personalın dəstəklənməsi üçün 2 trilyon rubldan çox vəsait xərcləyib. Bunun təqribən 400 milyardı müqavilə imzalanması üçün bonuslara, 865 milyardı maaşa, digər 765 milyardı isə ölən və yaralananların ailələrinə təzminat ödənilməsinə yönəldilib.

Böyük məbləğlərə baxmayaraq, müqavilə imzalamaq istəyənlərin sayı getdikcə azalır. “Important Stories”-in büdcə xərclərinin təhlili əsasında apardığı hesablamalara görə, 2025-ci ilin aprel-iyun ayları ərzində Müdafiə Nazirliyi ilə cəmi 37 900 nəfər müqavilə imzalayıb ki, bu da son iki ilin ən aşağı göstəricisidir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ikinci rübündə bu rəqəm 92,8 min nəfər olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam