Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Pənahovun oğlu ilə bağlı daha bir şok fakt:onu da döyübmüş

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşına zorakılıq etməkdə ittiham olunur.

Yenixeber.org: Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanıb.

O, 2010-cu ildə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti”nin baş müəllimi, əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib. O.Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq M.Pənahov üzr istəmək əvəzinə onun boğazından tutaraq xəsarət yetirib. O.Mirzəyev aidiyyatı üzrə 22-ci bölməyə müraciət edib.

Bundan əlavə, elə həmin binada yaşayan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun Məhəmməd Pənahovla problemlər yaşadığı bildirilir. Belə ki, M.Pənahovun evində hay-küylü məclislər təşkil etməsi Z.Əsgərovun narazılığına səbəb olub. O, bununla bağlı Məzahir Pənahova şikayət etdiyi qeyd olunur.

Məhəmməd Pənahovun 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurduğu və nikahlarının qadının tələbi ilə Binəqədi rayon məhkəməsində pozulduğu da məlumdur.

Qeyd edək ki, Məhəmməd Pənahov həyat yoldaşı H.Pənahova ilə birlikdə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinə köçüb. Orada spirtli içki aludəçisinə çevrilən Pənahov həyat yoldaşını mütəmadi şəkildə fiziki zorakılığa məruz qoyub və bunun nəticəsində H.Pənahova bətnindəki övladını itirib. Ərinin zorakılığından təngə gələn xanım Bakıya qaçmağa məcbur olub.(Teleqraf)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam