Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

“Putin Trampla oynamaqla böyük səhv edir” - Rusiyaya qarşı böyük sanksiya hazırlanır

ABŞ-də Ukraynaya dair danışıqları uzatmağa çalışan Rusiyaya qarşı sərt tədbirlərin zərurətini anlamağa başlayırlar.

Yenixeber.org: “Bloomberg”-in yaydığı məlumata görə, Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem ABŞ-nin Rusiyaya və Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyaları haqqında qanun layihəsini irəli sürüb. Layihə 72 senator tərəfindən dəstəklənib.

Nəşrin nəzərdən keçirdiyi sənədə əsasən, sanksiyalar Rusiya nefti, neft məhsulları, təbii qaz və uran alan ölkələrə 500%-lik idxala rüsumunu nəzərdə tutur. Sanksiyalar həmçinin ABŞ vətəndaşlarına Rusiyanın suveren borcunu almağı qadağan edəcək.

Senator Ukrayna ilə mineral sövdələşmə əldə etdikdən sonra yeni qanun layihəsinin Prezident Donald Trampa kömək məqsədi daşıdığını bildirib: "Tramp məyusluğundan danışdı. Mən müharibənin danışıqlar yolu ilə, şərəfli və ədalətli sonlandırılmasını istəyirəm. Düşünürəm ki, Tramp buna nail olmaq üçün ən yaxşı insandır və bu sanksiyalar Senatın Rusiyanı əsas günahkar kimi görməsi fikrini əks etdirir".

Qrem əlavə edib ki, “Vladimir Putin Trampla oynamaqla böyük səhv edir, ona görə də bu qanun layihəsi prezidentin arsenalında bir alətdir”. Onun fikrincə, Putin son nəticədə müharibəni dayandırmaq üçün danışıqlar və Rusiya iqtisadiyyatının “dağıdılması” arasında seçim etməli olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam