Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Tramp Ağ Evi qızılla bəzəyib

Tramp Ağ Evi qızılla bəzədi
ABŞ Prezidenti Donald Tramp öz vəsaiti hesabına Ağ Evin interyerini yeniləyib və onu 24 karatlıq qızılla bəzədib.
Yenixeber.org: O bu barədə "Atlantic" jurnalına müsahibəsində bildirib.
"Bəli, bunu özüm edirəm. Oraya, yuxarı baxın. Bunlar hamısı Mar-a-Laqodandır, hamısı 24 karatlıq qızıldır. Maraqlısı odur ki, insanlar heç vaxt qızıla bənzəyən boya icad etməyiblər", - deyə Tramp qeyd edib.
Prezident həmçinin bildirib ki, Ağ Evin otaqlarından birində yeni çilçıraq asmaq istəyir:
"O, kristaldan olacaq, lakin hələlik “Çin və Rusiya ilə çox məşğulam" .
Tramp həmçinin əlavə edib ki, yeniləmədən sonra Oval kabinet olduğu kimi görünməyə başlayıb.
Fevral ayında ABŞ prezidenti Oval kabinetdən “qətiyyətli masa”sının çıxarılaraq təmirə göndərilməsi barədə göstəriş vermişdi. Səbəb isə biznesmen İlon Maskın oğlunun burnunu qurdalayaraq əlini stola sürtməsi olmuşdu. Daha sonra masa geri qaytarılıb.
The New York Post yazıb ki, “Qətiyyətli masa” ilk dəfə 1961-ci ildə prezident Con Kennedi tərəfindən istifadə edilib. Bu masa Cimmi Karter, Bill Klinton, Barak Obama və Co Baydenin vəzifədə olduğu dövrdə Oval kabineti bəzəyirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam