Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Serbiya çalxalanır -Vuçiç proseslərə münasibət bildirib

Serbiyada vəziyyət gərginləşir – 100 min insan ayağa qalxdı

Serbiya Daxili İşlər Nazirliyi, müxalifətin etirazçılara qarşı səs bombası istifadəsi ilə bağlı ittihamlarını rədd edib.

Yenixeber.org: Bu barədə nazirliyin mətbuat xidməti əlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, 15 dəqiqəlik sükut zamanı səs bombası tətbiq edilməyib, çünki bu cür vasitələrin istifadəsi qanunvericiliyə uyğun deyil.

Etirazlar zamanı yaralananlar və saxlanılanlar

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda baş verən iğtişaşlar nəticəsində 56 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Onlardan 44-ü təcili yardım mərkəzində, 11-i "Zvezdara" klinik xəstəxanasında, biri isə Zemunda müalicə olunur. Həmçinin, iğtişaşlarda iştirak etdiklərinə görə 22 nəfər saxlanılıb.

Etirazların radikallaşması

8 mart tarixində Prezident Vuçiç, Serbiyada tələbə etirazlarının radikallaşdığını qeyd edib. O, bu vəziyyəti etirazlara dəstəyin azalması və onların əksər hallarda müxalif siyasi partiyalar tərəfindən təşkil edilməsi ilə əlaqələndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam