Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Sabiq prezident həbs edildi -SƏBƏB

Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında Manilada həbs edilib.

Yenixeber.org: Bu barədə “NBC News” məlumat yayıb.

Məlumatda bildirilir ki, onun narkotiklərlə mübarizə kampaniyası çərçivəsində, hüquq müdafiəçilərinin iddialarına əsasən, on minlərlə filippinli edam edilib.

“Reuters” xəbər verir ki, 79 yaşlı Duterte dəfələrlə sərt repressiyalarını müdafiə edib.

Sabiq prezident narkotik ticarətində şübhəli bilinən şəxslərin qətlinə göstəriş verdiyini inkar edib və yalnız özünümüdafiə məqsədilə güc tətbiqinə icazə verdiyini bildirib.

Qeyd edək ki, 79 yaşlı Rodriqo Duterte 2016-cı ildən 2022-ci ilə qədər Filippin prezidenti olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam