Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

"Özümü Trampın qarşısında günahkar saymıram"

Zelenski: Özümü Trampın qarşısında günahkar saymıram
Zelisnki Trampdan üzr istəməyib

Yenixeber.org: "Mən özümü Donald Trampın qarşısında qətiyyən günahkar saymıram. Hesab edirəm ki, hərdən biz bəzi məsələləri jurnalistlərin iştirakı olmadan müzakirə etməliyik. Trampla münasibətlərimiz iki Prezidentin yanaşmasından daha yüksəkdə olmalıdır".

 xəbər verir ki, bunu Volodimir Zeleniski "FOX News" telekanalına müsahibəsində deyib.

O, ABŞ lideri Donald Trampla görüşdən sonra ondanüzr istəyib-istəmədiyinə dair sualı cavablandırarkən belə vurğulayıb.

ABŞ-Ukrayna münasibətlərində gərginlik

Qeyd edək ki, ABŞ-də səfərdə olan Volodimir Zelenskinin Prezident Donald Tramp və Vitse-prezident Cey Di Venslə görüşü tərəflər arasında sözlü mübahisə ilə yadda qalıb. Nəticədə Volodimir Zelenski danışıqları yarımçıq tərk edib.

Bundan sonra Ağ Evin rəhbəri Donald Tramp bu hərəkəti hörmətsizlik kimi dəyərləndirib:

"Zelenski sülhə qətiyyən hazır deyil", - D. Tramp deyib.

Bir çox Avropa liderləri isə Ukraynanın dövlət başçısının analoji addımına dəstək veriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam