Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Ukraynanın çarəsizliyi: yeraltı sərvətlərini və ordusunu Avropaya təklif etdi -əsgərlər, uran, titan, litium...

2023/04/denis-1681197724.jpg

 Ukraynanın Baş naziri Denis Şmıqal "Politiko" (Politico) qəzeti üçün yazdığı məqalədə ABŞ Prezidenti Donald Trampın bəyanatları fonunda Kiyev ilə Brüsselin münasibətlərinin inkişaf perspektivlərindən bəhs edib.
Yenixeber.org: Şmıqal Ukraynanın Avropa İttifaqı üçün kritik dərəcədə mühüm olan 30 növ faydalı qazıntıdan 22-nə malik olduğunu, Ukrayna ordusunun isə Avropa Silahlı Qüvvələrinin əsası və ABŞ-ın Avropadakı varlığına alternativ ola biləcəyini qeyd edib: "Ukrayna Aİ üçün olduqca mühüm olan 30 faydalı qazıntıdan 22-nə malikdir. Uran ehtiyatlarına görə Avropada birincidir. Biz nəinki öz enerji tələbatımızı ödəyə bilərik, xüsusilə də Aİ-də atom enerjisinə tələbatın artması şəraitində uran ixrac edə bilərik. Avropanın ən böyük litium ehtiyatlarına malikik... Ukrayna titan ehtiyatlarına görə dünya lideridir. Kəşf edilmiş ehtiyatların yalnız 10 faizi istehlak edilib".
Şmıqal Vaşinqtonun xaricdəki hərbi varlığını ixtisar etmək bəyanatlarının fonunda Ukrayna Silahlı Qüvvələrinin ABŞ ordusuna alternativ ola biləcəyini bildirib: "Bu, son zamanlarda xaricdəki hərbi varlığının saxlanılması məsələsinin məqsədyönlülüyünü müzakirə edən ABŞ ilə Avropa İttifaqının münasibətlərini möhkəmləndirə bilərdi".
Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Tramp administasiyasının fikrincə, Avropanın özünün öz təhlükəsizliyini qorumalı olduğu barəsində xəbərdarlıq edib. NATO-nun Baş katibi Mark Ryutte isə ABŞ-ın iştirakı olmadan Avropa İttifaqı üzvlərinin özlətrini müdafiə edə bilməyəcəklərini söyləyib.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam