Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Rusiyanın aviabazasına hücum edilib -RƏSMİ AÇIQLAMA

Ukrayna Rusiyanın aviabazasına hücum edib - Baş Qərargah

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətindəki Primorsko-Axtarsk aviabazasına hava zərbəsi endirdiyi açıqlanıb.

Yenixeber.org: Ukrayna Baş Qərargahından verilən açıqlamaya görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar bölgəsindəki Primorsko-Axtarsk hava bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Rusiya ordusunun hava əməliyyatları üçün istifadə etdiyi qeyd edilən sözügedən baza barədə açıqlamada deyib: O, “Şahed” tipli PUA-ların Ukrayna ərazisinə buraxılması, PUA-ların saxlanması və hazırlanması, həmçinin Zaporojya və Xerson vilayətlərində fəaliyyət göstərən (Rusiya döyüş təyyarələrinin) saxlanması üçün istifadə olunur”.

Bəyanatda qeyd edilir ki, hücum Ukrayna Ordusunun İnsansız Sistemlər Qüvvələri bölmələri və müdafiə qüvvələrinin digər elementləri ilə birgə fəaliyyəti çərçivəsində həyata keçirilib.

Digər tərəfdən Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram hesabından verilən açıqlamada Rusiya ordusunun gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə hava hücumu təşkil etdiyi bildirilib.

Açıqlamada hücumda 2 ədəd “İsgəndər-M” tipli ballistik raket və 77 İHA-dan istifadə edildiyi, 56 İHA-nın havada məhv edildiyi bildirilib.("trthaber")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam