Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Restoranda 12 nəfərin meyiti tapıldı -Gürcüstanda

Gürcüstanda restoranda 12 nəfərin meyiti tapılıb
Gürcüstanın Qudauri munisipalitetində hind restoranında 12 nəfərin meyiti tapılıb.

Yenixeber.org: Gürcüstanın Daxili İşlər Nazirliyi Qudauri qış kurort zonasında kütləvi ölüm barədə məlumat yayıb.

Qeyd olunur ki, insident kurort zonasında fəaliyyət göstərən hind restoranında vaş verib. Bildirilib ki, restoranın ikinci mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı, 11-i isə əcnəbidir. Onların hamısının restoranın işçiləri olduğu iddia edilir.

Versiyalardan birinə görə, 12 nəfərin ölümünə səbəb dəm qazıdır. Məlumata görə yataq otağının yaxınlığındakı qapalı yerdə olan generator ötən gün ərazidə elektrik kəsildikdən sonra işə salınıb.

İstintaqın məlumatına görə, ölənlərin meyitlərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. İstintaqın “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə aparıldığı bildirilib.

Hadisə yerində məhkəmə-tibbi ekspertiza cəlb olunub.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam