Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

ABŞ yüzlərlə şirkət və şəxsə qarşı sanksiyalar tətbiq edib -SƏBƏB

ABŞ Rusiyanı dəstəklədiyinə görə onlarla ölkədə yüzlərlə şirkət və şəxsə qarşı sanksiyalar tətbiq edib

Yenixeber.org Çərşənbə günü Bayden administrasiyası Rusiya, Türkiyə, Hindistan, Çin və bir çox digər ölkədə 400 şirkəti Kremlin hərbi əməliyyatlar həyata keçirməsinə və sanksiyalardan yayınmasına kömək etməsinə imkan verən məhsul və xidmətlər təqdim etməkdə ittiham edərək, onlara qarşı sanksiyalar tətbiq edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

"Biz, harada olmasından asılı olmayaraq, Rusiyanın hərbi sənaye bazasına dəstək şəbəkələrini dağıtmaq üçün bütün mümkün alətlərdən istifadə etməyə davam edəcəyik", deyə dövlət katibi Entoni Blinken bildirib.

Dövlət Departamentinin sonuncu sanksiyaları Rusiyanın Müdafiə Nazirliyinin və müdafiə şirkətlərinin yüksək səviyyəli məmurları, həmçinin Rusiyadan enerji istehsalçıları və ixracçıları da daxil olmaqla, bir neçə ölkədə 120 fiziki şəxs və təşkilata şamil olunacaq.

"Biz ÇXR-də Rusiya hərbi sənayesindəki boşluqları doldurmağa kömək edən ikili təyinatlı məhsullar ixrac edən bir neçə şirkətə, həmçinin Lukaşenko rejiminin dəstəklənməsi ilə əlaqəsi olan təşkilatlara və şəxslərə qarşı sanksiyalar tətbiq edirik", deyə Blinken qeyd edib.

Maliyyə Nazirliyi Rusiya daxilində hərbi sənaye üçün resurs istehsalçıları da daxil olmaqla, Rusiyanın hərbi maşınını dəstəkləyən 270-dən çox şəxs və şirkəti sanksiyalar siyahısına daxil edib.

Öz növbəsində, Ticarət Nazirliyi 40 təşkilatı Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik edən təşkilatlar siyahısına əlavə edir.(Turan)

Aleks Raufoğlu



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam