Redaktor seçimi
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Günün xəbəri

Putin Ukraynalı əsirlərə işgəncə verdirir

Ukraynanın baş prokuroru Andriy Kostin Donetsk vilayətində ukraynalı hərbi əsirlərin “ən kütləvi” edamından danışıb.

Yenixeber.org: Ukrayna  mediası xəbər verir ki, Baş Prokuror,  Rusiya hərbçilərinin  işğal olunmuş Pokrovsk rayonunun Nikolayevka və Suxoy Yar kəndləri yaxınlığında 16 ukraynalı hərbçini öldürdüyünü deyib.

Teleqram kanallarında yayılmış videoda Rusiya hərbçilərinin əsir düşmüş Ukrayna hərbçilərini meşə zolağından çıxardıqları görünür.

Ukrayna prokurorluğunun məlumatına görə əsirləri burda sıraya düzdükdən sonra işğalçılar açıq şəkildə onların güllələnməsinə başlayıblar. Hələ həyat əlaməti olan yaralıları yaxın məsafədən avtomat silahla güllələyiblər.

Baş prokuror Andriy Kostin hadisəni cəbhə xəttində Ukrayna əsirlərinin “ən kütləvi” edamı adlandırıb.

Onun sözlərinə görə ukraynalı əsirlərin qətli, habelə onlara verilən işgəncələr “təsadüfi deyil və Rusiya hərbi və siyasi rəhbərliyinin məqsədyönlü siyasətini nümayiş etdirir”.

Bundan əvvəl BMT-nin insan haqları üzrə Kiyevdəki missiyasının başçısı Daniel Bell bəyan etmişdi ki, Rusiyada işgəncələrə ukraynalı əsirlərin demək olar hamısı – 95 faizi məruz qalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam