Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Azərbaycan yeni zirehli texnika istehsal edib -FOTOLAR

Azərbaycan yeni zirehli texnika istehsal edib - FOTO

Azərbaycan İTX-20 H istehsal edib.

Yenixeber.org: Texnika ilk dəfə bu il Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

İTX-20 H MRAP sinfi şəxsi heyətin daşınması üçün nəzərdə tutulub. Çəkisi 19, 5 ton olan nəqliyyat vasitəsi zirehlə təchiz olunub. Eyni zamanda, nəqliyyat vasitəsi atış qülləsi ilə təmin olunub. Şəxsi heyətə daha tez dəstək olmasına və təhlükəsiz çatmasını təmin edir. Qeyd edək ki, texnika tank əleyhinə minalara, pulemyot atəşinə tam dözümlüdür.

"Improtex Group" MMC-nin minatəmizləmə layihəsi üzrə meneceri Fərid Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, hərbi təyinatlı zirehli nəqliyyat vasitələrinin sifarişçiləri arasında Cənubi Asiya və Cənubi Amerika regionunda yerləşən ölkələr var.

O bildirib ki, şirkətin öncüllüyü ilk növbədə, daxili ehtiyacların ödənilməsidir:

"İstehsalçısı olduğumuz "ITX" markalı bu zirehli nəqliyyat vasitələri ilk növbədə 3-4 aylıq testlərə cəlb olunmalıdır. Bizim ixraca da böyük marağımız var. Çünki müdafiə sənayesi özü özlüyündə iqtisadiyyatın mühüm bir hissəsidir. Türkiyədə bu, inkişaf etmiş və böyük ixrac potensialı olan bir sahədir. Biz inanırıq ki, Azərbaycanda gündən günə, aydan aya inkişaf edəcək".

“ITX-15 M” barədə məlumat verən nümayəndə qeyd edib ki, bu maşın tibbi təxliyə üçün nəzərdə tutulub, zəruri avadanlıqlar ilə təchiz edilib.

"Bu texnika tam yerli istehsaldır. Həm mina təmizləyənlər, həm də “ITX-15 M” yerli mühəndislik məktəbinin nümayəndələridir".(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam