Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Ukrayna Tverdəki anbarı belə vurub - “Əvvəlcə PUA-lar göndərilib, sonra isə...”

Ukraynanın Rusiyanın Tver vilayətindəki böyük silah anabrını vurması, nəticədə baş verən güclü partlayışlar və yanğın ətrafında müzakirələr səngimir. Çünki bu hadisə ilə bağlı xeyli cavabı açıq qalan suallar var. Onlardan biri də yalnız PUA-lar vasitəsilə bu cür effekt əldə ediməsinin nə dərəcədə real olmasıdır...

Yenixeber.org: Ukrayna mətbuatına açıqlama verən hərbi ekspert Mixail Jiroxov Tverdəki anbarın PUA-larla yox, raketlə vurulduğunu istisna etməyib. 

O, qeyd edib ki, əvvəlcə PUA-lar Rusiya Hava Hücumundan Müdafiə Sistemlərinin “diqqətini yayındıra” bilərdilər. Bu sistemlər PUA-lara açılan atəşlə “boşaldıldıqdan” sonra isə Ukrayna öz raketlərini hədəfə göndərə bilərdi: “Bu, “Palyanitsa” (Ukraynanın uzaqmənzilli raket-PUA-sı - red.), hətta bəlkə də “Storm Shadow” raketləri də ola bilərdi, çünki siyasətçilərin dedikləri ilə etdikləri çox vaxt fərqli şeylər olur”.

Qeyd edək ki, Ukrayna hakimiyyəti uzun müddətdir Qərb tərəfdaşlarından Qərbin verdiyi silahlarla Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün icazə istəyir. Lakin rəsmən hələ də buna icazə verilməyib. Ukraynalı ekspertin dediklərindən isə belə çıxır ki, rəsmən elan olunmasa da, artıq bu razılıq verilib və hətta Ukrayna tərəfi bundan istifadə edir.

Bununla yanaşı, Jiroxov qeyd edib ki, partlayışın böyük olmasına baxmayaraq, Rusiya əsas raketlərini həmin anbarın altında, dərinlikdə gizlədə bilərdi. Bu üzdən ola bilsin ki, partlayan və yanan yalnız yerüstü anbarlarda saxlanılan silahlardır. Ona görə də bütün raket və sursatların məhv edildiyini birmənalı olaraq söyləmək çətindir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam