Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin “əbədi həyat” istəyir -Alimlərə tapşırıq verib...

Rusiya Prezidenti Vladimir Putin rus alimlərə ölkədə azalan ömür uzunluğu ilə mübarizə aparmağa kömək edə biləcək, yaşlanma əleyhinə və “əbədi həyat” bəxş edəcək dərman preparatının hazırlanması ilə bağlı tapşırıq verib.

Yenixeber.org: Bu barədə Böyük Britaniyanın “The Times” nəşri özəl mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Putin "əbədi həyat" ideyasına aludə olub və öz alimlərinə qocalmanın qarşısının alınması sahəsində axtarışları sürətləndirməyi tapşırıb.

Qeyd olunub ki, bunun əsas təşəbbüskarı Putinin yaxın dostu, Rusiyanın əsas nüvə tədqiqat obyekti olan nüfuzlu Kurçatov İnstitutunun direktoru Mixail Kovalçukdur. Kremldəki mənbə bildirib ki, o, “əbədi həyat" və “rus genomu” haqqında daim ilahmverici sözlər deyir və bu, Putinin diqqətini çəkir.

Qeyd edək ki, Rusiya mətbuatı da tez-tez yazır ki, Putin belə fikirlərə inanır.

O, 2017-ci ildə bu barədə bunları demişdi: “Siz artıq nəzəri cəhətdən deyil, insanın müəyyən xüsusiyyətlərə malik insanları yarada biləcəyini təsəvvür edə bilərsiniz. Bu, riyaziyyat dahisi və ya parlaq musiqiçi ola bilər. Ya da əsgər, ola bilər ki, qorxu və ya şəfqət, təəssüf və ya ağrı kimi hissəri olmasınn”.

Putinin ətrafındakı insanlar da bioprintinq (xəsarətləri və xəstəlikləri müalicə etmək üçün insan toxumalarını istehsal etmək üçün canlı hüceyrələrdən, zülallardan və digər xammallardan istifadə edir-red.) hüceyrə qocalması ilə mübarizə üsulları və immunitet sisteminin gücləndirilməsi sahəsində tədqiqatları fəal şəkildə təbliğ edirlər.

Bundan əlavə, “The Times” yazır ki, müasir tibbi texnologiyaya çıxış əldə etməsinə baxmayaraq, Putin ənənəvi cavanlaşma üsullarına da müraciət edir. Xüsusilə, o, müntəzəm olaraq cavanlaşdırıcı xüsusiyyətlərə malik olan Sibir maralının kəsilmiş buynuzlarının qanının ekstraktı ilə vanna qəbul edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam