Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tərtərin icra başçısı Müstəqim Məmmədov istintaqa çağırıldı -SƏBƏB

Tərtərin icra başçısı istintaqa çağırıldı
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Tərtər rayonunun Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləmiş Tofiq Kərimovun cinayət işinin istintaqı çərçivəsində dindirilib.
Yenixeber.org: Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, icra başçısı 4 saata yaxın istintaqın suallarını cavablandırıb.
Məlumatda o da bildirilir ki, istintaq çərçivəsində baş memar Tofiq Kərimovun tikintiyə icazə üçün rüşvət aldığı bir neçə vətəndaş da şahid qismində dindirilib.
Qeyd edək ki, ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.(Gununsesi.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam