Redaktor seçimi
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Günün xəbəri

Türkiyədə seçki qutularının 99 faizi açılıb -Qalib II turda müəyyənləşəcək

Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.

Yenixeber.org: Parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.(AZƏRTAC)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam