Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

May ayında müharibə başlayacaq? –Qarabağda antiterror əməliyyatının anonsu

 

"Ermənistan, Qarabağdakı separatçılar və Rusiya  mütləq şəkildə öz boyunlarının arxasında Azərbaycan Ordusunun  nəfəsini hiss etməlidir. Yalnız belə olan təqdirdə, Azərbaycan istəklərinə nail ola bilər. Düşünürəm ki, bu informasiya da məhz həmin istəklərə yönəlik dövriyyəyə buraxılan bir məlumatdır. Bunun həqiqət yükü ola da, olmaya da bilər”.  
Yenixeber.org: Bu sözləri saytımıza açıqlamasında may ayının əvvəlində Azərbaycanın Qarabağın dağlıq hissəsində növbəti antiterror əməliyyatına başlayacağı barədə mətbuatda gedən informasiyaları şərh edərkən politoloq Natiq Miri deyib.
Onun fikrincə, bu tipli xəbərlər daha çox informasiya savaşının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir: "Rusiyada institutlaşmış dezinformasiya şəbəkəsi mövcuddur. Qarabağdakı prosesləri Rusiya öz nəzarətində saxlamaq və idarə etmək üçün də belə dezinformasiyalardan istifadə edir. Qarşı tərəfə belə informasiyanı ötürməklə hansısa hazırlıqların görüldüyünü diqqətə çatdırırlar. Burada əsas hədəf öz istəklərini təmin etməyə yönəlib. 
Azərbaycan isə zaman-zaman bu cür informasiyaları dövriyyəyə buraxmaqla həm Ermənistanı yola gətirmək, həm də Moskvanı aqressiv siyasətindən və İrəvanı dəstəkləməkdən əl çəkməyə vadar etmək istəyir.  Məsələnin kökündə dayanan budur. Yoxsa, mayda hansısa antiterror əməliyyatının keçiriləcəyilə bağlı məlumatı heç bir media orqanı konkret informasiya olmadan iddia edə bilməz.  Çünki bu məxfi informasiyadır, kimsənin bilməsi mümkün deyil”.(sfera)
Elçin

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam